Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:55

Sərhəddə yüzlərlə xəsarət alan olub


Sərhəddəki toqquşma, 10 aprel, 2016-cı il

Sərhəddəki toqquşma, 10 aprel, 2016-cı il

-

Aprelin 10-da Makedoniya polisinin miqrantlarla toqquşmasında yüzlərlə xəsarət alan olub. Miqrantlar Makedoniya və Yunanıstan sərhədindəki hasarı dırmaşmağa çalışanda polis gözyaşardıcı qazdan, rezin güllələrdən, səs qumbaralarından istifadə edib. Miqrantlar isə polisə daş parçaları atıb.

Sərhədsiz Həkimlər Təşkilatı 300 nəfərə tibbi yardım göstərdiyini bildirir. Azı 6 nəfər xəstəxanaya yerləşdirilib.

Makedoniya polisi isə 23 üzvünün yaralandığını, beşinin ağır durumda olduğunu açıqlayıb.

Toqquşma İdomeni keçid məntəqəsində baş verib.

Fevralın ortasından Balkan ölkələri miqrantların şimali Avropaya gedən yolunu bağlayıb Sərhədin Yunanıstan tərəfində 11 mindən çox miqrant qalıb.

XS
SM
MD
LG