Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 21:46

Berdymukhammedov 3 naziri qovdu


Gurbanguly Berdymukhamedov

Türkmən prezidenti Gurbanguly Berdymukhammedov iqtisadiyyat, ticarət və vergilər nazirlərini işdən azad edib.

İqtisadiyyat və inkişaf naziri Yaldesh Sheripov, ticarət və xarici iqtisadi əlaqələr naziri Bayar Abayev və vergi xidmətinin rəhbəri Shatlyk Khummedov aprelin 9-da öz vəzifələrindən azad olunublar.

Berdymukhammedov onlarn işində ciddi nöqsanlar olduğunu deyir.

Əsas qaz ixracaatçı ölkələrindən olan Türkmənistanda iqtisadi inkişaf zəifləyib, ixrac azalıb.

Berdymukhammedov aprelin 8-də deyib ki, Türkmənistanda ÜDM-un artımı bu ilin birinci rübündə 10 fazidən 6,3 faizə düşüb.

Rusiya bu ilin əvvəlindən Türkmənistandan qaz idxalını dayandırıb. Hazırda Aşqabadın əsas qaz alıcısı Çindir.

Dünya Bankı keçmiş sovet respublikasında iqtisadi artımı 2016-cı il üçün 6,5 faizdən 5 faizə salıb.

2013-2014-cü ildə Türkmənistan ÜDM ikiqat artmışdı.

XS
SM
MD
LG