Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:46

500 nəfər hakim olmaq istəyir


Hakim
Hakim

-

28 yaşı tamam olmuş və qanunvericilikdə nəzərdə tutulan digər tələblərə cavab verən şəxslər də hakim seçkilərində iştirak edə biləcək.

Bu barədə qərar Hakimlərin Seçki Komitəsinin aprelin 9-da keçirilən toplantısında qəbul olunub.

APA-nın xəbərinə görə, toplantıda əsas müzakirə mövzusu hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu olub. Bildirilib ki, ötən il dekabrın 15-dən başlayan sənəd qəbulu zamanı 500-dən çox hüquqşünas namizədliyini irəli sürüb.

Qanunvericilik hakim olmaq üçün ən azı 30 yaş müəyyən edir. Ancaq komitə hakimliyə seçim prosedurunun 2 il müddətində davam etdiyini nəzərə alaraq, 28 yaşı tamam olmuş hüquqşünasların imtahanda iştirak etməsinə yaşıl işıq yandırıb. Bu səbəbdən Hakimlərin Seçki Komitəsi sənəd qəbulunun vaxtını aprelin 15-dən mayın 1-dək uzadıb.

XS
SM
MD
LG