Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:44

O, Kosovoya gələ bilməz


Vojislav Seselj
Vojislav Seselj

-

Serbiya millətçisi Vojislav Seselj Kosovoda «persona non qrata» elan edilib və onun ölkəyə girişi qadağan olunub. O, müharibə cinayətlərində ittiham edilirdi.

Xorvatiya və Bosniya-Herseqovina Seselj-in martın 31-də Haaqa məhkəməsində bəraət almasını narahatlıqla qarşılamışdı.

Məhkəmə zamanı Seselj 1990-cı illər Balkan müharibəsində müharibə cinayətinə yol vermədiyini sübut edib.

Ona verilən bəraətdən az sonra Xorvatiya Seselj-in ölkəyə girməsinə qadağa qoyub, Bosniya-Herseqovina da eyni addımı atıb.

Aprelin 24-də parlament seçkilərinə qatılacaq Seselj Kosovoda serblərin yaşadığı ərazilərə gedəcəyini bildirmişdi.

XS
SM
MD
LG