Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Atəşkəs 120 dəfə pozulub


Qarabağda erməni hərbçi.
Qarabağda erməni hərbçi.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub. Bu zaman 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

Nazirliyin həmçinin bildirməsinə görə, Ermənistan ərazisindəki yüksəkliklərdən Qazax, Tovuz rayonunun kəndləri və Gədəbəy istiqamətində Azərbaycan ordusunun adsız yüksəkliklərdəki mövqeləri atəşə tutulub.

Bununla yanaşı, Azərbaycan ordusunun Goranboy, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonları ərazisindəki mövqelərinin də atəşə tutulduğu deyilir.
Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun qarşı tərəfə cavab veriblər.

XS
SM
MD
LG