-
Şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə cəzası ləğv edilir. Ölkə parlamenti bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edəcək.
Trend-in xəbərinə görə, dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynlərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.
Sözügedən təklif aprelin 15-də parlamentin plenar sessiyasında müzakirəyə çıxarılacaq.
İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı valideynlərindən cərimə tutulması haqda dəyişiklik ötən ilin dekabrında əlave edilmişdi.
Şərhlər (1)
Daha çox şərh göstər