Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 01:33

Bakı Birjasının dövriyyəsi 8 dəfə azalıb


Birja

-

Aprelin 1-i Bakı Fond Birjasında qiymətli kağızların dövriyyəsi 8 min 805 əqd üzrə 579 milyon 922 min manat olub. Ötən ilin eyni dövründə isə bu göstərici 21 min 738 müqavilə üzrə 4 milyard 885 milyon 717 min manat təşkil edirdi.

«Turan»ın xəbərinə görə, birjanın dövriyyəsində, azı, 8 dəfə azalma qeydə alınıb. Azalma neftin ucuzlaşması, manatın devalvasiyası ilə izah olunur.

2015-ci ildə BFB-də ümumi dövriyyə 8 milyard 455 milyon manat olub.

XS
SM
MD
LG