Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:11

Xarici borc artacaq


Pul
Pul

-

2016-cı ildə Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulun 30 faizini ötəcək.

Bu haqda «Turan» Dünya Bankı analitiklərinin araşdırmalarına əsasən məlumat verir.

Dünya Bankı ölkənin borclarının orta perspektivdə artacağını proqnozlaşdırır.

Azərbaycanın borclarının 2017-ci ildə ÜDM-in 35.6, 2018-ci ildə isə 54.7 faizini təşkil edəcəyi bildirilir.

Hökumətin açıqlamalarına görə, 2016-cı ilin əvvəlində Azərbaycanın xarici borcu ÜDM-in 19.8 faizi həcmində olub. Bu göstərici 2015-ci ildə 8 faiz təşkil edib.
Bu il yanvarın 1-də Azərbaycanın xarici borcunun 7 milyard dollara yaxın olduğu açıqlanmışdı.

XS
SM
MD
LG