Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 01:42

Separatçının qızının toyunda ATƏT müşahidəçiləri


Kənarda solda ATƏT müşahidəçisi, kənarda sağda onun tərcüməçisi

-

Ukraynada Rusiyapərəst separatçının qızının toyunda 2 ATƏT rəsmisinin şəkilləri internetdə yayılandan sonra ATƏT öz “təəssüfünü” bildirib.

Şəkillərdən ikisində də adı bildirilməyən ATƏT müşahidəçisidir.

2015-ci ilin iyununda olan toy Rusiyapərəst separtçı Volodymyr Tomofeyevin qızı Anastasia Besedinanın toyudur. İştirak edənlər ATƏT müşahidəçisi və onun tərcüməçisidir. Fotoları Ukraynanın Hromadske TV-nin jurnalisti Yevhen Spirin yayıb.

Volodymyr Tymofeyev (solda), sağda ATƏT müşahidəçisi
Volodymyr Tymofeyev (solda), sağda ATƏT müşahidəçisi

ATƏT-in reaksiyası belədir: “ATƏT –in Xüsusi Monitorinq Missiyası təəssüf edir. Fotolar onların düzgün hərəkət etmədiyini aydın göstərir. Həmin şəxslər artıq monitorinq missiyasında deyillər”.

Spirin isə bu reaksiyadan sonra soruşur ki, “Mən sual vermək istəyirəm, ATƏT tərəfsizdirmi? ATƏT müstəqildirmi?”

XS
SM
MD
LG