Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Venesuelada həftədə 3 gün istirahət olacaq


Nicolas Maduro
Nicolas Maduro

-

Elektrik böhranı yaşayan Venesuelada prezident Nicolas Maduro qənaətlə bağlı çıxış edib. Prezident bildirib ki, növbəti iki ayda dövlət qurumlarında işləyənlər cümə günləri də istirahətdə olacaqlar.

Müxalifət bildirir ki, istirahət günlərinin 3 gün olması onsuz da ağır olan iqtisadiyyatı daha da zəiflədəcək.

Latın Amerikasının ən böyük elektrik istehlakçısı olan Venesuelada artıq bir neçə həftədir işıqlar tez-tez kəsilir.

Prezident Madura xalqa qənaətcil olmağı tapşırıb. Qadınlara ayrıca ünvanladığı çıxışında isə prezident deyib: «Saç qurudan fenlərdən az istifadə edin. Mən həmişə belə fikirləşmişəm ki, qadınların saçları öz-özünə quruyanda, daha gözəl olur».

Venesuelada elektrikin 70 faizini su elektrik stansiyaları istehsal edir. Bu ölkədəki əlverişsiz hava şəraiti stansiyalarda istehsalın səviyyəsini aşağı salıb.

Venesuelada elektrikin 40 faizindən qanunsuz yollarla istifadə olunur. Evlərin çoxunda isə elektrik sayğacları yoxdur.

XS
SM
MD
LG