Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Həcc danışıqları başlayır


Məkkə
Məkkə

-

Gələn həftə İran nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

Bu, Ər-Riyadın Tehranla əlaqələri kəsməsindən sonra tərəflərin ilk dialoqu olacaq.

Səudiyyə Ərəbistanı şiə dini liderini edam edəndən sonra İranda başlayan etiraz aksiyaları zamanı Tehran və Məşhəddə bu ölkənin diplomatik nümayəndəlikləri yandırılmışdı. Bundan sonra Səudiyyə Ərəbistanı İranla əlaqələri kəsmişdi.

Daha əvvəl isə ötən ilki Həcc ziyarəti faciəsində ölən minlərlə zəvvar arasında 464 iranlının olması da iki ölkə arasında münasibətləri xeyli pisləşdirmişdi.

İranın Həcc ziyarətinin təşkili qurumunun rəhbəri Said Ohadi deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də iranlı zəvvarların Həcc ziyarətinə gedə bilmələri üçün hər iki tərəf razılıq əldə etməlidir.

Bu il Həcc ziyarəti sentyabr ayına təsadüf edəcək.

XS
SM
MD
LG