Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Erdogandan Avropa Birliyinə mesaj


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan bəyan edib ki, əgər Avropa Birliyi miqrant böhranı ilə bağlı öhtəliklərinə əməl etməsə Ankara onunla əldə edilmiş razılaşmanı həyata keçirməyəcək.

Razılaşmaya əsasən Ankara qanunsuz yollarla Yunanıstana keçən Suriya qaçqınlarını geri almalı, hər bir suriyalı qaçqının əvəzində isə Avropa Birliyi ölkələri bir qanuni Suriya qaçqını qəbul etməlidir.

Bundan başqa razılaşmada Türkiyəyə maliyyə yardımının artırılması, əvəzində onunla Avropa Birliyinə üzvlük danışıqları və vizasız rejimin sürətləndirilməsi nəzərdə tutulur.

Amma Erdogan aprelin 7-də vəd olunanlara əməl edilmədiyini bəyan edib.

Hazırda Türkiyədə 3 milyona yazın Suriya qaçqını var.

XS
SM
MD
LG