Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 01:02

Litva əfqan miqrantı qəbul etdi


Vilnüs, arxiv fotosu

-

Litva Əfqanıstandakı əsgərləri üçün tərcüməçilik etmiş əfqan miqrantı qəbul edib. O, YouTube sosial şəbəkəsində kömək istəmişdi.

Abdul Basir Yoususi müvəqqəti viza ilə təmin olunub ki, bu da özünün, həyat yoldaşının və qızının sığınacaq almasına yol açır. O, aprelin 6-da Vilnüsa uçub.

“Eşitmişəm ki, Almaniyada pul çoxdur, ancaq Litvada olmaq istəyirəm. Bu dili də bilirəm”, 22 yaşlı Yoususi təyyarədən enən kimi deyib.

O, Əfqanıstana qayıtmaq istəmədiyini bildirib, çünki kömək etdiyi əsgərlər ölkədən çıxan kimi təhdid məktubları almağa başlayıb.

Litva Avropa Birliyi planı çərçivəsində 1105 miqrantı qəbul etməyə razılaşıb.

XS
SM
MD
LG