Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Atəşkəs hələ də pozulur


Erməni əsgəri
Erməni əsgəri

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub. Bu zaman 60, 82, 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edilib.

«Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndləri atəşə tutulub»-deyə nazirliyin məlumatında qeyd edilir.

Məlumatda həmçinin bildirilir ki, Berd rayonundan Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndləri, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki mövqelər vurulub.

Habelə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli və Nəmirli kəndlərinin də atəşə tutulduğu deyilir.

Nazirliyin məlumatında qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da bir sıra məntəqələr atəş altında qalıblar.

Məlumatda Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verdiyi deyilir.

XS
SM
MD
LG