Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Makedoniya parlamenti buraxılıb


Makedoniya parlamenti, 6 aprel, 2016-cı il

-

Aprelin 6-da Makedoniya parlamenti buraxılıb. Ölkədə siyasi böhrana son qoymaq məqsədilə iyunun 5-də erkən seçki keçiriləcək.

Əslində, seçki iki ildən sonra olmalıydı. Siyasi böhran müxalifətin iddiaları üzündən yaranıb.

Müxalifət iddia edib ki, hakimiyyətdə olan mühafizəkarlar 20 min adamın qanunsuz olaraq izləyib. Onların içində polis, hakimlər, jurnalistlər və xarici diplomatlar var.

Sosial demokratların lideri Zoran Zaev deyib ki, partiyası erkən seçkiyə qatılmayacaq, çünki bəzi tələbləri yerinə yetirilməyib. Bir tələb media sahəsində islahatlar aparılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG