Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:00

Niderland seçiciləri “yox” dedi


Mark Rutte (solda) səs verir

-

Niderland hökuməti bildirir ki, Avropa Birliyi – Ukrayna münasibətlərinə dair sazişin ratifikasiyasını yenidən nəzərdən keçirə bilər. Səbəb seçicilərin əksəriyyətinin sazişə “yox” deməsidir.

Niderlandın 13 milyon seçicisindən 32.2 faizi səsverməyə gedib. Nəticənin etibarlı sayılması üçün azı 30 faizin iştirakı vacib idi.

Rəsmi nəticələr aprelin 12-də açıqlanacaq. Ancaq ilkin nəticələrə görə, 61.1 faiz Ukrayna ilə sazişi rədd edir, 38.1 faiz onu dəstəkləyir.

Bu referendum məsləhət xarakterli idi. Ancaq Baş nazir Mark Rutte deyib ki, çoxluq “Yox” deyirsə, sazişin ratifikasiyası barədə düşünmək lazımdır.

XS
SM
MD
LG