Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:26

"Rusiya-Ukrayna davası 3 gün sürə bilər"


Sergei Naryshkin

“Əgər Rusiya Ukrayna kimi ölkəyə qarşı müharibəyə başlasa bu ən uzağı 3-4 gün çəkə bilər. Və hamı bunun hansı nəticə verə biləcəyini başa düşür”.

Bunu Rusiya Dövlət Dumasının sədri Sergei Naryshkin aprelin 6-da Rusiya-Almaniya seminarında iştirakçılardan birinin sualına cavab verərkən deyib.

Qeyd edək ki, Kiyev və Qərb ölkələri Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyanı günahlandırırlar.

Onlar Moskvanı rusiyapərəst separatçılara birbaşa hərbi yardım göstərməkdə ittiham edirlər.

Moskva bunu inkar edir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

XS
SM
MD
LG