Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Müdafiə Nazirliyindən açıqlama


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-

«Xarici KİV-lərdə, o cümlədən erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.

Nazirlik bildirir ki, son hərbi əməliyyatlar zamanı tutulan bütün mövqelərə Azərbaycan ordusu nəzarət edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövqelərin möhkəmləndirilməsi tədbirləri həyata keçirilir.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulub. Azərbaycan Müdafiə Nazirliyi əks hücuma keçərək bir neçə yüksəklikləri azad etdiyini bildirir. Döyüşlərdə hər iki tərəfdən itkilər olub. Azərbaycan Müdafiə Nazirliyi aprelin 5-nə kimi 31 hərbçi itirdiyini bildirir.

Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər əməliyyatları dayandırmaq haqqında razılığa gəliblər.

ATƏŞKƏS YENİDƏN POZULUB

«Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq, aprelin 6-da Ermənistan ordusunun bölmələri atəşkəs rejimini yenidən pozublar».

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Məlumatda bildirilir ki, «hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv atəşə tutulur».

Nazirlik Azərbaycan tərəfinin atəşkəs razılaşmasına əməl edərək yalnız cavab atəşi açıldığını bildirir.

XS
SM
MD
LG