Keçid linkləri

2026, 28 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:10

Əliyev həmsədrləri qəbul etdi

Həmsədrlər
Həmsədrlər

-

Prezident İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick, Igor Popov, Pierre Andrieu və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar qeyd ediblər ki, danışıqlar intensiv xarakter almalı və münaqişə tezliklə öz həllini tapmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün səhər Azərbaycana gəliblər. Onlar Azərbaycandan Ermənistana yollanmalıdırlar.

This item is part of
XS
SM
MD
LG