Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 21:43

İşadamı təcridxanaya köçürülüb


Foto illüstrasiya

-

«Azərbaycan Beynəlxalq Bankı» ASC-dən kredit götürüb qaytarmamaqda günahlandırılan «City Developer» MMC-nin direktoru Ratmir Bəkirov Bakı İstintaq Təcridxanasına köçürülüb.

«Report» xəbər verir ki, səhhətində problemlər olan R.Bəkirov 2015-ci il noyabr ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.

R.Bəkirov 2015-ci ildə həbs edilib. Onun banka təxminən 52 milyon 400 min dollar borcunun olduğu bildirilir.

R.Bəkirov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. O, fəaliyyətini dayandırmış «Simurq» klubunun prezidenti Anar Bəkirovun atasıdır.
Beynəlxalq Bankdan kredit götürüb qaytarmamağa görə daha bir neçə işadamının da həbs edildiyi bildirilir. Bir neçə işadamı isə axtarışdadır. Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də hazırda həbsdədir.

XS
SM
MD
LG