Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:33

Nazirlərin üçlü görüşündə nə danışılıb?


Nazirlərin görüşü.
Nazirlərin görüşü.

-

Ramsardə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Bu barədə Türkiyənin «Anadolu» agentliyi xəbər verir.

İranın xarici işlər naziri Mohammad Javad Zarif görüşdən sonra mediaya bildirib ki, 3 ölkə arasında önəmli bir sıra məsələlər müzakirə edilib. Onun deməsinə görə, Dağlıq Qarabağ və bölgədə atəşkəsin pozulmasından danışan tərəflər münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn iş düşməsinin vacibliyini önə sürüblər.

Cavad Zarif deyib ki, tərəflər arasında əməkdaşlığa dair iki sənəd imzalanıb. O qeyd edib ki, danışıqlarda beynəlxalq yükdaşımalar, enerji, turizm və mədəniyyət məsələləri müzakirədən keçirilib.

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli ilk görüşü
2011-ci ildə Urmiyədə, 2012-ci ildə Naxçıvanda, 2014-cü ildə isə Vanda keçirilib.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov dünən bu görüşə qatılmaq üçün İranın Ramsar şəhərinə getmişdi.

XS
SM
MD
LG