Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Atəşkəs yenə pozulub


Qarabağda döyüş
Qarabağda döyüş

-
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından istifadə etməklə sutka ərzində atəşkəsi 115 dəfə pozub.

Nazirliyin məlumatında qeyd edilir ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdən, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklər və Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Ağstafa rayonunun Köhnəqışlaq kəndinin Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən vurulduğu deyilir.

Nazirlik bildirir ki, Tovuz rayonunun Əlibəyli, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Mərzili, Yusifcanlı, Qaraqaşlı və Nəmirli kəndləri də atəşə tutulub.

Bundan başqa, Xocavənd, Füzuli, Cəbrayıl və Göygöl rayonunda da bəzi məntəqələrin atəşə məruz qaldığı açıqlanıb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqe və səngərlərinə cavab zərbələri endirib.

XS
SM
MD
LG