Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:39

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almadı


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavablandırıb.

Bu barədə hərəkatın rəhbəri Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. Qubad İbadoğlu qeyd edir ki, artıq ikinci dəfədir «çatışmazlıqlar» adi ilə qeydiyyatlarından imtina edilir.

«Nazirlik ADR Hərəkatına ünvanladığı cavab məktubunda nizamnamədə idarəetmə orqanlarının səlahiyyət müddətinə və təsis qərarları ilə bağlı sənədlərin bütün təsisçilər tərəfindən imzalanmamasına irad bildirib. Nazirliyin cavab məktubundakı «iradları» müzakirə edən ADR Hərəkatının İdarə Heyəti onu siyasi yanaşma və ictimai təşəbbüslərin boğulması istiqamətində növbəti addım kimi qiymətləndirib. İdarə Heyəti qərara alıb ki, təşkilatın «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanuna uyğun qeydiyyata alınması üçün sonuncu dəfə Ədliyyə Nazirliyinə müraciət etsin. Yenə də eyni problemlə üzləşərlərsə, bundan sonra münasibətləri hüquqi müstəvidə aydınlaşdırmaq üçün məhkəməyə müraciət olunacaq»,-deyə Q.İbadoğlu yazır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 2014-cü il dekabrın 3-də təsis edilib.

XS
SM
MD
LG