Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:46

İran neft hasilatını artırır


Bijan Namdar Zanganeh
Bijan Namdar Zanganeh

-

\İranın neft naziri Bijan Namdar Zanganeh aprelin 6-da dövlət televiziyası ilə çıxışında deyib ki, bir ilə ölkənin neft hasilatı sanksiyalardan əvvəlki səviyyəyə – günə 4 milyon barrelə çatdırılacaq.

Gələn ilin martınadək İran neft ixracını günə 2.25 milyon barrelə çatdırmağı planlaşdırır. Zanganeh deyir ki, bu ay ixrac artıq 2 milyon barreli keçib.

Yanvarda Tehrana iqtisadi sanksiyalar qaldırılıb. Belə ki, İran ötən il dünya gücləri ilə nüvə anlaşması imzalayıb, nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

Bu arada Rusiya və OPEC ölkələri neftin ucuzlaşmasını önləməkdən ötrü hasilatı dondurmaq təşəbbüsünü irəli sürüblər. İran buna qoşulmayacağını bildirib.

XS
SM
MD
LG