Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Yanğında 7 nəfər zəhərləndi


Yanğın
Yanğın

-

Aprelin 5-də Bakıda 16-mərtəbəli yaşayış binasında yanğın baş verib. Xətai rayonunun S.Vəzirov küçəsindəki 17a saylı binanın şaxtasındakı elektrik kabelləri qovşağı alışıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir. Xəbərdə nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Xidmətinin yeddi yanğınsöndürən maşınının və canlı qüvvəsinin yanğın yerinə cəlb olunduğu bildirilir.

Nazirliyin məlumatına görə, tüstüdən zəhərlənən 7 nəfər, eləcə də bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Zəhərlənənlər aidiyyəti üzrə təhvil verilib.

Yanğının qarşısı artıq alınıb.

XS
SM
MD
LG