-
Prezident İlham Əliyev aprelin 5-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tamas Ajan-ı qəbul edib.
Bu haqda president.az saytı xəbər verir. Xəbərdə Tamas Ajan-ın Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd etdiyi bildirilir. Qonaq 2015-ci ildə birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini bildirib.
Bu il Bakıda keçirilməsi planlanan «Formula 1» yarışlarının əhəmiyyətindən danışıb.
Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulanıb.