Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:56

Azərbaycan Rusiyadan 6 gəmi alıb


Yük gəmisi
Yük gəmisi

-

Xəzər Dəniz Gəmiçiliyi İdarəsi (XDG) beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisi alır. Bu haqda XDG-nin saytı xəbər verir.

Məlumatda bildirilir ki, yeni gəmilərin 3-ü aprelin 11-də, digər 3-ü isə aprelin sonunda təhvil veriləcək. 5500 tona malik bu gəmilər Rusiyada inşa edilib.

XDG yeni alınan gəmilərin heyətlərinin formalaşdırıldığını bildirir. Rusiyadan alınan gəmilərin qiyməti açıqlanmır.

Son zamanlar Xəzər dənizi vasitəsilə yükdaşımalarının həcmində artım müşahidə olunur. Bu daha çox Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə gərginliyin artması ilə izah olunur.

XS
SM
MD
LG