Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

Tərtərdə vəziyyət necədir?


Tərtərdə dağıdılmış evlər.
Tərtərdə dağıdılmış evlər.

-

Aprelin 4-də günorta saat 15-dən sonra Tərtər rayonunun Düyərli kəndinə iki top mərmisi düşüb.

Bunu Tərtər sakinlərindən biri AzadlıqRadiosuna bildirib.

Yerli sakinin deməsinə görə, mərmilər uzaq vuran toplardan atılıb. Nəticədə bir nəfər qadın yaralanıb. Kənd sakinin bildirməsinə görə, qadın hazırda hospitaldadır.

Yerli sakinlər qeyd ediblər ki, aprelin 5-dən isə rayonda sakitlikdir. «Bu gün sakitlikdir, güllə, top səsləri eşidilir, amma uzaqdan gəlir».

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir.

Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbiçisinin öldüyü bildirilir. Mülki əhali arasında da ölən və yaralananların olduğu deyilir. Tərtər rayonundan da ölən və yaralanan var.

XS
SM
MD
LG