Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 00:56

Rüfət Aslanlı: «Bankların mövqeləri zəifləyib»


Rüfət Aslanlı

-

«Son proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeləri zəifləyib».
Bunu yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, görülən tədbirlərə baxmayaraq, mövcud mənfi tendensiyalar davam edir.

BORCLANAN ƏHALİ PROBLEMLƏ RASTLAŞA BİLƏR

Şuranın sədr müavini Nigar Məmmədova isə deyib ki, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması gələcəkdə borclanan əhalini problemlə üzləşdirə bilər.

N.Məmmədova qeyd edib ki, bütün kredit təşkilatları əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməlidir: «Əhalidən məsuliyyətli borclanma təmin edilməlidir».

Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 1 ay müddətinə dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG