Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Qarabağ cəbhəsində döyüşlər davam edir


Müdafiə Nazirliyi

-

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Nazirliyin deməsinə görə, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi baza dəqiq zərbələrlə sıradan çıxarılıb.

Qarşı tərəfin ciddi itkilər verdiyi bildirilir.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə xəttində atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb.

XS
SM
MD
LG