-
Yunanıstan Türkiyəyə 200-dən artıq miqrant göndərib. Artıq Avropa Birliyi planı çərçivəsində deportasiyanın ilk dalğası başlanıb.
Aprelin 4-də 11 ölkədən 202 nəfər Xios və Lesbos yunan adalarından Türkiyəyə göndərilib.
Onlardan 191 nəfəri kişi, 11 nəfəri qadındır. 130 pakistanlı, 42 əfqan, 10-u iranlıdır.
AB ilə razılaşmaya uyğun olaraq, aprelin 40-də 43 suriyalı miqrant təyyarə ilə Türkiyədən Almaniya və Finlandiyaya yola salınıb.
Ankara Yunanıstana qanunsuz keçən bütün miqrantları geri almağa boyun olub. Əvəzində Türkiyədən suriyalı qaçqınlar AB-yə göndəriləcək. Türkiyəyə digər imtiyazlar da vəd edilib.
Bu sazişi insan haqları qrupları pisləyib.