Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 20:47

Həyətinə mərmi düşdü, yaralandı

Ambulans
Ambulans

-

Füzuli rayonu Alxanlı kəndində dinc sakinin yaralandığı bildirilir.

APA-nın xəbərinə görə, Ermənilərin Silahlı Qüvvələrinin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimovun yaşadığı evin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb. Füzuli rayon Diaqnostika Mərkəzindən verilən xəbərə görə, E.Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulmasından üzü bəri hər iki tərəfdə itkilər var. Azərbaycan tərəfdən mülkü şəxslərin də öldüyü, yaralandığı bildirilir.

This item is part of
XS
SM
MD
LG