Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:00

ABŞ silahları ələ keçirib


Yəmən, arxiv fotosu

-

ABŞ donanması Ərəb dənizi vasitəsilə göndərilən silahları ələ keçirib. ABŞ həmin silahların İran tərəfindən Yəmənə göndərdiyini bildirir. Kiçik qayığa yerləşdirilmiş silahlar martın 28-də aşkarlanıb və ələ keçirilib.

Donanma 1500 Kalaşnikov avtomatı, 200 qumbaratan müsadirə etdiyini bildirir. Qayığın heyət üzvləri buraxılıb.

ABŞ ordusu həmin silahların qanunsuz olaraq İrandan Yəmənə aparıldığını bildirir.

İran Yəməndə husi yaraqlılarını dəstəkləyir. Husilər hökumətin tərəfini saxlayan Səudiyə Ərəbistanı, ABŞ koalisiyasına qarşı vuruşur.

İran və husilər silah daşınması barədə məlumatları təkzib edir.

XS
SM
MD
LG