Keçid linkləri

2017, 28 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:02

-

Şamaxı rayonunun Çuxuryurd kəndində avtomobil yolu gücülü yağış nəticəsində su altında qalıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir.

Xəbərdə bunun sonucu Dədəgünəş və Çağan kəndlərinə gedən avtomobil yolunun bir hissəsində hərəkətin məhdudlaşdırıldığı bildirilir.

FHN bildirir ki, mülki müdafiə qoşunlarının müvafiq bölmələri hadisə yerinə cəlb olunublar. Yolda suyun çəkilməsi işləri aparılır.

Çuxuryurd kəndində Şamaxıdan təqribən 10 km şimalda yerləşir.

Ötən həftə Bakida da analoji problemlər yaranmışdı. Yağış suları paytaxt küçələrində hərəkəti məhdudlaşdırmış, bir neçə rayonda yüzlərlə həyəti su basmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG