Keçid linkləri

2017, 22 May, Bazar ertəsi, Bakı vaxtı 21:40

-

Bakının iri ticarət mərkəzlərindən olan "28 Mall"-a bomba qoyulması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzinə zəng vuran kimliyi bəlli olmayan şəxs, obyektə dostu tərəfindən bomba qoyulması barədə xəbər verib.

Trend-in xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. İnsanlar ticarət mərkəzindən təxliyə olunub.

Hazırda ticarət mərkəzində axtarışların aparıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG