Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Bakıda Milli Geyimlər Günü olacaq


►Bakı Uşaq Teatrı “Canlı abidələr” layihəsinin açılışını aprelin 18-də gerçəkləşdirəcək

Bakı Uşaq Teatrı hər ayın bir gününü Azərbaycan Milli Geyimləri günü elan edib.

“Canlı abidələr” adlı yeni layihə çərçivəsində teatr ayda bir dəfə, xüsusilə əlamətdar və tarixi günlərdə Azərbaycan milli geyimlərini geyinərək paytaxtın müxtəlif yerlərini, əsasən də tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin teatrın direktoru və bədii rəhbəri İntiqam Soltana istinadla yaydığı xəbərə görə, layihənin məqsədi mədəni irsin bir parçası olan milli geyimləri təbliğ etmək və yaşatmaqdır.

İntiqam Sultan milli geyimlərin tarixi abidələr qədər önəmli olduğu, gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rol oynadığı fikrindədir.

Hazırda teatrda bu layihə üçün yeni milli geyimlər tikilir.

Layihənin ilk tədbirinin aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə gerçəkləşdirilməsi planlaşdırılır.

Teatr həmin gün İçərişəhərdə, Şirvanşahlar sarayında, Xalça Muzeyində və başqa yerlərdə milli geyimləri nümayiş etdirəcək. Arzulayanlar kollektivə qoşula bilərlər.

XS
SM
MD
LG