Pakistanın şimal-qərbində leysan yağışları nəticəsində onlarla adam ölüb.
Aprelin 3-dən başlayan yağışlar daşqına səbəb olub və Xayber Paxtunxva əyalətinin bir sıra rayonlarını su basıb.
Azı 53 nəfərin öldüyü, 60 adamınsa xəsarət aldığı bildirilir.
Əyalətdə ümumilikdə 40-a yaxın evin dağıldığı xəbər verilir.
Ötən il ölkədə baş verın daşqınlarda 81 nəfər ölüb, 300 min adam isə xəsarət almışdı.