Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

Prezidentin köməkçisi: «Gücümüz var»


Vahid Əliyev
Vahid Əliyev

-

«Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması elementar məntiqə sığmır. Ermənistan tərəfindən fərqli olaraq Silahlı Qüvvələrimizin arxasında dinc sakinlər sıx şəkildə yaşamağa davam edir».

Bunu prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev Ermənistan hökumətinin atəşkəsi Azərbaycanın pozması ilə bağlı açıqlamalarını şərh edərkən söyləyib.

V.Əliyev Trend-ə deyib ki, Ermənistan ordusunun Azərbaycan vətəndaşlarına qarşı çoxsaylı, bəzən isə sərt təxribatları hamıya məlumdur.

«Sərhədyanı zonada toyların, çobanların, uşaqların, traktorçuların, kombaynçıların atəşə tutulmasını, kənd təsərrüfatı sahələrinin yandırılmasını xatırlayın. Hamısını sadalayıb qurtarmaq olmaz. Bu, artıq Ermənistan tərəfindən vərdiş halını almışdı və uzun müddət davam edə bilməzdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriya silahından sərhədyanı dinc kəndləri daha azğın formada atəşə tutma cəhdlərinə əl atdı. Dinc əhali arasında yenidən qurbanlar oldu. Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da», - deyə prezidentin köməkçisi qeyd edib.

Vahid Əliyev deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə davam etdirilməsinin deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. «Ermənistan rəhbərliyi indiyədək müharibə prinsipinə əsaslanmağa davam edir. Onlar bunu, hələ də, başa düşmək istəmirlərsə, onları başa salmaq lazımdır ki, əgər hüquq gücdədirsə, gücümüz var», - deyə V.Əliyev bildirib.

XS
SM
MD
LG