Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

Bakıda bir gündə ikinci intihar?


İntihar
İntihar

-

Bakıda 31 yaşlı kişinin intihar etdiyi söylənir.

«Report»un məlumatına görə, hadisə Türkan qəsəbəsi, M.Maqomayev küçəsində baş verib.

31 yaşlı Ramazan Novruzovun yaşadığı evdə kəndirdən asılmış meyiti aşkarlanıb. Ölümün səbəbi açıqlanmır.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Bu gün Bakıda daha bir intihar hadisəsinin baş verdiyi haqda da xəbərlər yayılmışdı.

APA həmin xəbəri Sabunçu Rayon Prokurorluğuna istinadən yaymışdı.

Hadisənin rayonun Sabunçu qəsəbəsində qeydə alındığı bildirilirdi. Onda da 26 yaşlı qəsəbə sakini Emil Hümbətovun yaşadığı evdə asılmış meyiti tapılmışdı.

Ölkə mətbuatı tez-tez intiharlardan xəbərlər verirlər. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır. Mətbuatın yazdığına görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG