Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:30

Sabah buludlu hava olacaq


Bulud
Bulud

-
Aprelin 5-i Bakı və Abşeron yarımadasında buludlu hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı gözlənmir.

Gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG