Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 21:28

İran neft hasilatını artıracaq


Bijan Zanganeh

-

İran bazardakı payını bərpa edənədək hasilatı artıracağını bildirir. Tehranın nüvə proqramına görə qoyulmuş beynəlxalq sanksiyalar İranın payının azaltmışdı.

Açıqlamanı İranın Neft naziri Bijan Zanganeh yayıb. Fevralda isə Rusiya və Səudiyyə Ərəbistanı dünyada neftin ucuzlaşmasını önləmək məqsədilə hasilatı dondurmağı təklif edirdi.

B.Zanganeh aprelin 3-də danışıb. Hasilatın dondurulması təklifi aprelin 17-də Qətərdə müzakirə olunacaq.

Nazir eyni zamanda həmin təklifi «müsbət addım» adlandırıb. O, vaxtı olarsa, görüşə gedəcəyini söyləyib.

Xəbəri «Mehr» agentliyi yayıb.

XS
SM
MD
LG