Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

Səlahiyyət alındı, dəyişiklik başladı


Mərkəzi Bank
Mərkəzi Bank

-

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi aparılır. APA bu xəbəri AMB-yə istinadən yayıb.

Bank nəzarəti və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə bağlı funksiyaların yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsindən irəli gələrək uyğun struktur dəyişikliyi prosesi gedir.

Proses tamamlandıqdan sonra ictimaiyyətə struktur dəyişiklikləri ilə bağlı əlavə məlumat veriləcəyi bildirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Bundan sonra Mərkəzi Bankın bəzi səlahiyyətləri bu palataya verildi. Söhbət lisenziyalaşdırma, tənzimləmə və bank fəaliyyətinə nəzarətin həyata keçirilməsi kimi funksiyalardan gedir.

XS
SM
MD
LG