Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:13

V.Dərgahlı: «Heç bir mövqe itirilməyib»


Qarabağda döyüşlər.
Qarabağda döyüşlər.

-

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AZƏRTAC-a deyib ki, bu barədə yayılan məlumatlar yalandır: «Biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir».

Ermənistan Müdafiə Nazirliyi təmas xəttində bir neçə gün öncə itirdikləri mövqeləri geri qaytardıqlarını açıqlayıb.

Azərbaycan ordusu aprelin 2-də gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan bəzi yüksəklikləri ələ keçirdiyini bildirmişdi.

XS
SM
MD
LG