Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:23

Atəşkəs 120 dəfədən çox pozulub


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Bu zaman cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82, 120 millimetrlik minaatanlardan və həmçinin artilleriya qurğularından istifadə edilib.

«Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklər, Qızılhacılı kəndi və Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub. Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən isə Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz vurulub»,-deyə nazirliyin məlumatında qeyd edilir.

Müdafiə Nazirliyi habelə bildirir ki, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu və Nəmirli kəndləri də atəşə məruz qalıb.

Bundan başqa, Xocavənd , Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bir sıra kənd və yüksəkliklərinin ardıcıl vurulduğu deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavablar verib.

XS
SM
MD
LG