Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 10:10

Tarixi Palmira yenidən ziyarət üçün açılıb

Palmira İŞİD-dən sonra
Palmira İŞİD-dən sonra

-

Bir ilə yaxın İŞİD-in nəzarətində olan, keçən həftə azad edilən Suriyanın tarixi Palmira şəhərinə dəymiş ziyan həddindən artıq çoxdur.

Şəhərdəki tarixi qalıqlar və abidələr ilk dəfə ziyarət edilmək üçün açılıb.

İŞİD-in partladıcı qoyub partlayış anını bütün dünyaya yaydığı, iki min illik tarixi olan Zəfər Tağından isə geriyə ancaq parçalanmış daşlar qalıb. Ancaq şəhərdə vəziyyəti yerində öyrənən mütəxəssislər bir çox abidənin yenidən bərpa ediləcəyini bildirib.

Palmira şəhərindəki əvvəldən yaşayışın olduğu müasir məhəllələrdə isə İŞİD-dən geri qalan minalar təmizlənir.

This item is part of
XS
SM
MD
LG