Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 20:44

Obama:İŞİD-in əlinə nüvə silahı keçməməlidir


Barack Obama

-

ABŞ prezidenti Barack Obama dünya liderlərini həssas nüvə qurğularının təhlükəsizliyini təmin etmək və nüvə silahının «İslam Dövləti» yaraqlıları kimi axmaq insanların əlinə düşməsinə yol verməmək üçün daha artıq səy göstərməyə çağırıb.

Bu çıxışını Obama Vaşinqtonda keçirilmiş ikigünlük Nüvə Təhlükəsizliyi Sammitinin yekununda edib.

Obama indiyədək heç bir terrorçu qrupun nüvə materialı əldə edə bilmədiyini, lakin «Əl-Qaidə»nin uzun müddət buna çalışdığını qeyd edib.

Prezidentin sözlərinə görə, İŞİD terrorçularının Paris və Brüsseldə törətdikləri terror aktları bənzər narahatlıqları yenidən gündəmə gətirib.

Sayca 4-cü və sonuncu olan bu sammitə 50-dən artıq ölkənin rəhbəri qatılıb.

XS
SM
MD
LG