ABŞ-ın Tesla avtomobil şirkəti“Model 3” markalı yeni elektromobilini nümayiş etdirib.
Təqdimat mərasimi Los-Ancelesin ətraf qəsəbələrindən birində təşkil edilib.
Şirkətin rəhbəri İlon Mask deyir ki, maşının qiyməti 35 min dollardan başlayacaq.
Onun sözlərinə görə maşın saatda 100 kilometr sürəti təxminən 6 saniyəyə yığır və elektrik yığmadan 300 kilometrdən çox məsafə qət edə bilir.
Maşının damı, kopotdan tutmuş yük yerinədək şüşədəndir.
Tesla artıq yeni modelə sifarişlər qəbul etməyə başlayıb.
Martın 31-də Berbankda növbəyə minlərlə adam düzülüb.
Baxmayaraq ki, onlar yeni modeli heç görməyiblər.
Birinci gün 140-dan çox sifariş olub.
İlkin olaraq avtomobilin 2017-ci ilin sonlarında buraxılması nəzərdə tutulurdu.
Model 3 Teslanın hazırladığı 4-cü avtomobildir.
Bunadək Model s, Model X və Tesla Roadster Roydste modelləri buraxılıb.
Onların ən ucuzu 75 min dollardan başlayır.