-
Colm Toibín irland yazıçı, çoxlu romanlar, hekayələr, esselər, pyeslər müəllifidir. Son romanı “Bruklin”ə bu yaxınlarda film çəkilib, film yüksək rəylər alıb. 2013-cü ildə "Məryəmin Vəsiyyətnaməsi" romanı ilə Man Booker Mükafatına real namizədlərdən biri olub. Yazıçının son müsahibəsi:
- Bugünlərdə nə oxuyursunuz?
Toibin: İndi yazmaqda olduğum bir esse üçün Henry James-i təkrar oxuyuram, onun “Roderick Hudson” kitabını. 40 il bundan qabaq oxumuşdum.
Bu, James-in ilk kitablarındandır, amma sonrakı kitablarına işıq salır, xüsusən “Şahzadə Casamassima” və “Səfirlər" kitablarına.
“Roderick Hudson”-dakı xarakterlərdən biri “Şahzadə Casamassima”da şahzadənin özü kimi bir daha peyda olur, o biri xarakteri isə "Səfirlər" kitabında.
- James-i ilk dəfə nə vaxt oxumuşdunuz?
- "Xanımın portreti"ni 19 yaşımda oxumuşdum. Mən yaşlandıqca James daha da yaxşılaşır, dərinləşir və sıxlaşır, xüsusən "Xanımın portreti", "Səfirlər” və “Qızıl kasa”.
- İnsanları James-i oxumağa necə inandıra bilərsiniz? Bəlkə hansı əsərilə başlaya biləcəklərini deyəsiz?
- “Mismar dönüşü" əsərini təklif edərdim, amma gəlin yaxşısı budur, insanlara nə oxumalı olduqlarını deməyək.
- Yenidən oxuduğunuz başqa yazıçılar da var?
- Jane Austen, Henry James, Joseph Conrad, W.B. Yeats. Onların hər birinin əsərlərini yenidən oxuyanda yeni şeylər tapıram.
- Son oxuduğunuz və bəyəndiyiniz kitab hansı olub?
- Ferdinand Mount’un "Racaların göz yaşları" kitabını oxumuşam, 700 səhifəlik kitabdır, 19-cu əsr Hindistanında Britaniyanın fəaliyyəti haqdadır. Gözəl yazılıb və düzülüb, ağıllı, həmçinin tünd kitabdır.
- Bir oxucu kimi sizə kim təsir göstərib?
- 9 yaşımda oxumaq öyrənmişəm, inanmıram ki, kimsə mənə təsir göstərib.
- Sizin üçün xüsusi əhəmiyyətli kitab var evinizdə?
- Məndə Henry James’in "Faciəvi ilahə" (The Tragic Muse) kitabı var, onu bacısı Alisa üçün imzalayıb. Məndə şair Thom Gunn’ın evində olmuş, ona məxsus olmuş kitabların çoxu var.
- Elə yazıçı varmı ki, onun məşhur olmasını istərdiniz?
- Mən fikir vermişəm ki, çox az adam Wallace Stevens-i tanıyır və onun əsərləri haqda danışır. O, məşhurdur. Amma siz, ya başqa birisi sonuncu dəfə nə zaman onun şeir kitabını götürüb bir axşam oxumaq üçün əyləşmisiniz?
- Kitab oxumaq üçün xüsusi sevdiyiniz yer var?
- Divanda uzanıb oxuyuram. Elə divan görən kimi ağlıma o gəlir: uzanıb oxuyum. Dostum, böyük memar Denis Looby mənə əkiz divanlar düzəldib, uzun və geniş. O divanlarda yaşayıram.