Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

Norveçdə Türkər Qasımzadənin müəllif konserti olub


Türkər Qasımzadə

-

Türkər Qasımzadə
Türkər Qasımzadə

Norveçdə bəstəkar Türkər Qasımzadənin konserti keçirilib.

Norveçin Stavanger Universiteti tərəfindən dəvət alan bəstəkar mart ayının 18-də Musiqi Fakültəsinin tələbələri üçün öz yaradıcılığından və çağdaş Azərbaycan musiqisinin durumu haqqında çıxış edib.

Eləcə də universitetin müəllim və tələbə heyəti ilə görüş keçirilib.

Bəstəkarın məlumatına görə, Norveçin Bergen şəhərində yaradılan NEUAR ansamblının bədii rəhbəri seçilib:

“NEUR ansamblı ilə Stavanger Universiteti tərəfindən təşkil olunmuş müəllif konsertim keçirildi. NEUAR ansamblının tərkibinə Norveç, İngiltərə, Ukrayna, Azərbaycan və Rusiya əsilli musiqiçilər daxildir.

Bu ansamblın musiqiçilərinin ifasında 4 əsərim - "Abşeron, illuziyalar", "in absentia", "vu'cumpra'", və "Exit Strategies"(Çıxış strategiyaları) əsərlərim ifa olundu, auditoriya tərəfindən gözəl münasibətlə qarşılandı.”

Kulis

XS
SM
MD
LG