Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 00:35

Xalq şairinin ayağı kəsilib


Söhrab Tahir
Söhrab Tahir

-

Xalq şairi Söhrab Tahirin ayağı amputasiya olunub.

Bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib. Xəyal Rizanın deməsinə görə, S.Tahir martın 30-da xəstəxanaya yerləşdirilib: «Söhrab Tahirin səhhətində dünən ciddi problem yaranıb. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Söhrab müəllimin sağ ayağı amputasiya olunub».

Söhrab Tahir 1926-ci il avqustun 6-da İran Astarasında doğulub. 1946-cı ildə Bakıya gəlib.

Çoxsaylı şerlər kitabının müəllifi olan şair 2006-cı ildə prezidentin sərəncamı ilə «Şöhrət» ordeninə layiq görülüb.

XS
SM
MD
LG